“Gecəniz xeyrə qalsın, balacalar” verilişində Karkuşanı səsləndirən aktrisa Qalina Marçenko 88 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Marçenko 50 ilə yaxın bu televiziya şousunun redaksiyasında işləyib və 25 il ərzində balaca qarğanı səsləndirib.
1970-1984-cü illər arasında o, Lev Tolstoyun " Uşaqlıq" trilogiyasının filmə uyğunlaşdırılması da daxil olmaqla bir neçə epizodik rol oynayıb.