AZ

Vens də arvadı ilə birgə Qrenlandiyaya gedir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens xüsusilə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün bu həftə Qrenlandiyaya səfər edəcək.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.

Vens qeyd edib ki, həyat yoldaşı Uşanın 27-29 mart tarixlərində Amerika nümayəndə heyəti ilə Qrenlandiyaya planlaşdırılan səfəri böyük marağa səbəb olub:

"Uşanın bu cümə günü Qrenlandiyaya səfəri ilə bağlı o qədər ajiotaj var ki, mən bütün əyləncəni ona buraxmamaq qərarına gəldim. Ona görə də ona qoşuluram".

Vens Qrenlandiyada Amerika hərbçiləri ilə görüşmək niyyətində olduğunu, həmçinin burada təhlükəsizlik vəziyyətini yoxlamaq istədiyini bildirib.

Seçilən
125
axar.az

1Mənbələr