AZ

Alos Azərbaycan yığması üzərində qələbəni belə şərh etdi

Bu gün Azərbaycan millisinə yoldaşlıq görüşündə qalib gələn Belarus seçməsinin baş məşqçisi Karlos Alos oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib.

"Yaxşı oynadıq. Komandanın çıxışından razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma yararlana bilmədik. Bizim qapımız qarşısında da epizodlar oldu. Ümumilikdə oyunda üstün tərəf idik. Qələbəyə görə şadıq. Növbəti matçlara hazırlaşacağıq.

Tacikistana qarşı oyun çətin keçdi, yoxsa Azərbaycana? Bu qarşılaşma Tacikistana qarşı matçdan fərqli idi. Bu gün çətin oyun oldu. Azərbaycan yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl Azərbaycana uduzmuşduq. Təbii ki, Tacikistana da hörmətlə yanaşırıq. Oradakı oyunu süni qazonda keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa daha çətin oldu".

Seçilən
61
fanat.az

1Mənbələr