AZ

Kreml ABŞ-la razılaşmanın detallarını açıqlaylır

Rusiya və ABŞ daha bir sənəd üzrə razılığa gəliblər.

Herbiand.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məlumatda deyilir:

"Rusiya və Amerika tərəfləri mövcud təmaslar çərçivəsində müsbət, konstruktiv şəkildə işləməyə davam edirlər. Daha bir sənəd razılaşdırılıb".

Qeyd olunur ki, tərəflər enerji sisteminə hücumlara müvəqqəti moratorium tətbiq edilən Rusiya və Ukrayna obyektlərinin siyahısını razılaşdırıblar:

1. Neft emalı zavodları;

2. Neft və qaz kəmərləri və anbar qurğuları, o cümlədən nasos stansiyaları;

3. Elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar;

4. Atom elektrik stansiyaları;

5. Su elektrik bəndləri.

Qeyd olunur ki, müvəqqəti moratorium 2025-ci il martın 18-dən başlayaraq 30 gün müddətində qüvvədədir və qarşılıqlı razılaşma əsasında uzadıla bilər. Tərəflərdən biri tərəfindən moratoriumun pozulması halında, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir.

Seçilən
51
herbiand.az

1Mənbələr