AZ

Putin Naxçıvana iddialı erməni arxiyepiskopu təltif etdi

Rusiya prezidenti Vladimir Putin Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri, arxiyepiskop Yezrası (Nersisyan) Aleksandr Nevski ordeni ilə təltif edib.

Herbiand.az xəbər verir ki, bu barədə fərman hüquqi informasiya portalında dərc olunub.

Sənəddə deyilir: “Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqələr Şurasının fəaliyyətinin təmin edilməsinə verdiyi böyük töhfəyə görə, Müqəddəs Erməni Apostol Pravoslav Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının mərkəzləşdirilmiş dini təşkilatının rəhbəri arxiyepiskop Yezrası Aleksandr Nevski ordeni ilə təltif edilsin”.

Xatırladaq ki, arxiyepiskop Yezrası Azərbaycanın suveren ərazisi olan Naxçıvana iddialı olan bir dini icmanın rəhbəridir.

Seçilən
59
herbiand.az

1Mənbələr