AZ

Transxəzər Dəhlizi üzrə Regional İşçi Qrupu yaradılacaq (ÖZƏL)

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Regional İşçi Qrupuyaradılacaq.

Bu barədə Trend-ə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində(GIZ) olan mənbə bildirib.

"GIZ davamlı inkişaf və beynəlxalq təhsil sahəsində beynəlxalqəməkdaşlıq üzrə xidmət təşkilatıdır. GIZ-in əsas sifarişçisiAlmaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyidir(BMZ).

Hazırda GIZ Mərkəzi Asiya ölkələrində və "Şərq Tərəfdaşlığı"proqramı çərçivəsində ticarət və nəqliyyat prosedurlarınınsadələşdirilməsi üzrə iki uzunmüddətli layihə həyata keçirir:

EasTnT (Eastern Partnership for Trade and Transport) – "ŞərqTərəfdaşlığı" ölkələri ilə Aİ arasında dayanıqlı və rəqəmsalticarət marşrutlarının və logistika konsepsiyalarınıngücləndirilməsi.

TFCA (Trade Facilitation Central Asia) – Mərkəzi Asiyadaticarətin asanlaşdırılması", – deyə mənbə bildirib.

GIZ-in qeyd etdiyinə görə, bu layihələrin məqsədi ticarət,nəqliyyat və logistika sahələrində rəqəmsal və dayanıqlıtəcrübələrin inkişaf etdirilməsi, onların Aİ standartlarınauyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsidir.

"EasTnT və TFCA təşəbbüsləri sayəsində GIZ gömrük idarəçiliyi,dəmir yolu daşımaları, liman idarəçiliyi və dəniz əməliyyatlarısahəsində Aİ-nin qabaqcıl rəqəmsal həllərinin tətbiqinə dəstəkverir. Bu da Transxəzər marşrutu (Orta Dəhliz) üzrə yüklərintranzit müddətinin qısaldılmasına imkan yaradır.

Nəqliyyat, ticarət və logistika sahələrinin rəqəmsallaşdırılmasıgeniş anlayışdır və Mərkəzi Asiya və "Şərq Tərəfdaşlığı"ölkələrində fərqli inkişaf səviyyələrinə və prioritetlərə malikdir.Lakin logistikanın uğurlu rəqəmsallaşdırılması əsasən TransxəzərDəhlizi ölkələri arasında siyasi və əməliyyat əməkdaşlığındanasılıdır.

Məsələn, Aİ-nin Vahid Tranzit Konvensiyası (CTC) çərçivəsində Aİiqtisadi zonasının ticarət və nəqliyyat prosedurlarınısadələşdirmək üçün bir sıra rəqəmsal platformalar hazırlanıb vəuğurla tətbiq edilib. Bu həllər nəqliyyat məlumatlarınınmübadiləsini yaxşılaşdırıb, yüklərin emalını sürətləndirib və Aİölkələri arasında tranziti asanlaşdırıb. Onların arasındaaşağıdakıları qeyd etmək olar:

New Computerized Transit System (NCTS) – YeniKompüterləşdirilmiş Tranzit Sistemi,

Authorized Economic Operator (AEO) – Səlahiyyətli İqtisadiOperator Proqramı,

EU Trade Control and Expert System (TCAES) – Aİ-nin TicarətəNəzarət və Ekspert Sistemi,

EU Import Control System 2 (ICS2) – Aİ-nin İdxal Nəzarət Sistemi2", – deyə mənbə bildirib.

GIZ Transxəzər Dəhlizi ölkələrinin nəqliyyat agentliklərinə burəqəmsal alətlərin tətbiqi sahəsində dəstək verir, qabaqcıl təcrübətəqdim edir, mütəxəssislərin ixtisasını artırır və regional dialoqutəşviq edir.

"Qeyd etmək lazımdır ki, Gürcüstan NCTS-i tətbiq edən ilkTransxəzər Dəhlizi ölkəsi olub. 2025-ci ilin aprel ayından etibarənyükdaşımalar bu platforma vasitəsilə həyata keçiriləcək. "ŞərqTərəfdaşlığı" ölkələrindən Ukrayna və Moldova da artıq NCTSsistemini tətbiq ediblər ki, bu da onların Aİ ilə ticarət vənəqliyyat əlaqələrini yaxşılaşdırıb.

Hazırda GIZ-in EasTnT və TFCA layihələri çərçivəsində TransxəzərDəhlizi üzrə Regional İşçi Qrupunun (RWG:TCC) yaradılması üzərindəiş aparılır. Bu işçi qrupunun məqsədi regional əməkdaşlığıngücləndirilməsi, rəqəmsallaşmanın təşviqi və Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizi (TITR) üzrə normativ və prosedur maneələrinaradan qaldırılmasıdır.

RWG:TCC nəqliyyat və logistika assosiasiyaları, şirkətlər vəəsas maraqlı tərəflər arasında kommunikasiya və koordinasiyanıngücləndirilməsinə yönəlib. Qrupun əsas məqsədi – TITR marşrutu üzrənəqliyyat və ticarət sahələrində səylərin uzlaşdırılması, qabaqcıltəcrübələrin mübadiləsi və innovativ həllərin tətbiqi üçün vahiddialoq platformasının yaradılmasıdır.

Bundan əlavə, RWG:TCC davamlı və effektiv nəqliyyatsistemlərinin inkişafına dəstək verəcək, bu sahədə sektormaraqlarının qanunvericilik proseslərinə inteqrasiyasını təminedəcək", – deyə GIZ-də bildirilib.

Qeyd edək ki, Orta Dəhliz – Asiyanı Avropa ilə birləşdirən birneçə ölkədən keçən nəqliyyat-ticarət marşrutudur. O, ənənəvi Şimalvə Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.

Bu marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonraXəzər dənizini aşaraq Azərbaycan, Gürcüstan və Türkiyədən Avropayaçatır. Orta Dəhliz daha uzun dəniz yollarından yan keçən qurumarşrutu kimi çıxış edərək, Asiyanın, xüsusən də Çinin şərqhissələrini Avropa ilə birləşdirir.

Seçilən
47
3
az.trend.az

1Mənbələr