AZ

Leon Marşan - fransalı uşaqların sevimlisi!

Dördqat olimpiya, beşqat dünya çempionu fransalı üzgüçü Leon Marşan 7-14 yaşlı fransalı uşaqların ən sevimli şəxsidir.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Marşan “Journal de Mickey” komikslər jurnalının apardığı müvafiq səsvermənin qalibi olub.

Fransalı uşaqların sevimliləri arasında daha dörd fransalı idmançı var: beşqat olimpiya çempionu cüdocu Teddi Riner (2-ci yer), futbol üzrə dünya çempionları – Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann (5-ci yer) və “Los-Anceles”in hücumçusu Olivye Jiru (7-ci yer), eləcə də “Zizu” – təqdimata ehtiyacı olmayan Zinəddin Zİdan (8-ci yer).

Fransa yığmasının kapitanı, “Real”ın ulduz hücumçusu Kilian Mbappe isə əvvəlki illərdə tutduğu 3-cü yerdən 11-ci yerə düşüb.

Seçilən
75
arena.az

1Mənbələr