Cari ilin fevral ayı üzrə inflyasiya dərəcəsi artıb.
“Cebheinfo.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, fevralda inflyasiya 5.5 faiz səviyyəsində olub. Bu da yanvar ayı ilə müqayisədə 0.1 faiz bəndi çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə inflyasiya səviyyəsi 5.4 faiz təşkil edib. Ötən ilin (2024) eyni dövrü ilə müqayisədə isə inflyasiya 4.7 faiz artıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında inflyasiya səviyyəsi 0.8 faiz olub.