İsveçrə məhkəməsi dələduzluqda ittiham olunan FİFA-nın keçmiş prezidenti Zepp Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platiniyə bəraət verib.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
İsveçrə prokurorları sabiq futbol rəhbərlərini iki milyon İsveçrə frankı məbləğində rüşvətdə ittiham edirlər. Söhbət 2011-ci ilin fevralında, Blatter FİFA prezidenti olanda FİFA-dan Platiniyə pul transferindən gedir. Hər iki şəxs ittihamları rədd edərək, bunun Platininin 1998-2002-ci illər arasında FİFA-da məsləhətçi olarkən işinə görə gecikmiş ödəniş olduğunu iddia edib. Fransız funksioner o zaman Blatterin məsləhətçisi kimi fəaliyyət göstərirdi.
Platini bildirib ki, FİFA-nın həmin vaxt kifayət qədər pulu olmadığı üçün maaşını gecikdirərək bunu 2011-ci ildə həyata keçirib.
2022-ci ilin yayında hər iki şəxs birinci instansiyada bəraət aldı. İsveçrə federal prokuroru qərardan apellyasiya şikayəti versə də, ötən gün baş tutan apellyasiya məhkəməsi də eyni nəticəyə gəlib.
Mirağa