AZ

Harri Keyn Tomas Tuxeli təriflədi

“Bayern”in mərkəz hücumçusu Harri Keyn İngiltərə yığmasının almaniyalı baş məşqçisi Tomas Tuxellə bağlı fikirlərini açıqlayıb.

Arena.az xəbər verir ki, ingilis futbolçu təcrübəli mütəxəssislə “üç şir”in düşərgəsində çalışmaqdan məmnun olduğunu vurğulayıb:

“Tomas Tuxel fantastikdir. O, komandaya elə, dərhal uyğunlaşdı. Tuxellə işləmək xoşdur. O, işimizə şövq gətirdi”, deyə Harri Keyn vurğulayıb.

Xatırladaq ki, Tomas Tuxel cari ilin yanvar ayından İngiltərə yığmasının sükanı arxasında fəaliyyətdədir. Alman mütəxəssislə 1,5 il müddətinə – 2026-cı ilin dünya çempionatının sonuna qədər müddətə müqavilə imzalanıb. Tuxelin qarşısına mütləq tapşırıq – dünya çempionlğunu qazanmaq məsələsi qoyulub.

Tuxelin rəhbərliyi altında İngiltərə yığması dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində K qrupunun ilk iki turu çərçivəsində Albaniya yığmasını 2:0, Latviya millisini isə 3:0 hesabı ilə məğlub edib.

İki turdan sonra 6 xal toplamış İngiltərə yığması K qrupuna başçılıq edir.

Seçilən
150
arena.az

1Mənbələr