AZ

Dünya bazarında uran ucuzlaşıb

Dünya bazarında uranın qiyməti 2024-cü ilin əvvəlindən üçdə birdən çox, bu il isə 11% ucuzlaşıb .

Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, uran hasilatı və işlənməsi şirkətlərini izləyən birja ticarəti fondu olan "Global X Uranium ETF" ilin əvvəlindən bəri təxminən 5% dəyər itirib. Şimali Amerikanın ən böyük uran mədən şirkəti "Cameco Corp"un səhmləri beş illik artımdan sonra 11% ucuzlaşıb.

kraynada mümkün atəşkəslə bağlı danışıqlar Rusiyanın uran istehsalçılarına qarşı sanksiyaların yumşaldılması və tədarükün artırılması perspektivini artırır.

Eyni zamanda, dünyanın əsas nüvə yanacağı istehsalçılarından biri olan ABŞ və Kanada arasında ticarət gərginliyinin artması fonunda qlobal uran ehtiyatları son dərəcə aşağı səviyyədədir. Lakin Prezident Donald Trampın tarif təklifləri şirkətləri uzunmüddətli alqı-satqı müqavilələrinin imzalanmasını gecikdirməyə məcbur edib.

Seçilən
56
marja.az

1Mənbələr