19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv Xorvatiyada təşkil olunan 7-ci qrupun açılış matçında Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, U-19 Bosniya və Herseqovinadan başqa, meydan sahibi Xorvatiya və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Avropa çempionatı
Əsas mərhələ, 7-ci qrup
26 mart
19:00. Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Omiş. Ribnjak İdman Sarayı.