Ulusal.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Marko Rubionun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı ilə bağlı Ermənistan baş naziri ofisinin yaydığı press-relizdə qeyd edilir.
Dövlət katibi Marko Rubio və Ermənistanın baş naziri Nikol Paşinyan strateji tərəfdaşlar kimi ümumi maraqları müzakirə ediblər.
Dövlət katibi Azərbaycanla sülh sazişini alqışlayıb və regional münaqişələrin dövriyyəsini qırmaq, Cənubi Qafqazda təhlükəsizlik və rifahı təmin etmək üçün davamlı sülhün vacibliyini vurğulayıb.
Dövlət katibi və baş nazir regionda hər hansı eskalasiyanın qəbuledilməz olduğu barədə razılığa gəliblər.