AZ

Yol çökdü: Motosiklet çuxura düşdü

Cənubi Koreyanın paytaxtı Seul faciəvi qəzaya səhnə olub.

"Cebheinfo.az" xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Qanqdonq rayonunda magistral yol çöküb.

Hadisədən sonra diametri 20 metr, dərinliyi 30 metr olan nəhəng çuxur yaranıb və hərəkət edən motosiklet çuxura düşüb. Ərazidən keçən avtomobil çuxura düşməkdən çətinliklə xilas olub.

Qeyd olunur ki, hadisə yerinə çoxlu sayda tibbi və xilasedici qruplar göndərilib. 

İlkin ehtimala görə, magistralda çökməyə su borusunun partlaması səbəb olub.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Seçilən
10
cebheinfo.az

1Mənbələr