Bakı. Trend:
Bakıdan Tərtərə atası evinə qonaq gələn şəxs qəza edib.
Trend-in yerlimüxbirinin əldə etdiyi məlumata görə, qəza hadisəsi ötən günrayonun Qazyan kəndində baş verib.
Belə ki, Tərtər rayon Qazyan kənd sakini hazırda paytaxtdayaşayan Fariz adlı şəxs atası evinə qonaq gəlibmiş. Kənd ərazisindəyüksək sürətlə idarə etdiyi "Chevrolet" markalı 77 YV 418 dövlətnömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.Nəticədə yol kənarındakı qaz turbasına çırpılıb. Qəza zamanı sürücüyüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.