Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Tramp Avropa İttifaqının BirləşmişŞtatları “soyduğunu” və ona düşməndən də betər olduğunu bəyanedib.
Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri yazır.
Trampın sözlərinə əsasən, Avropa İttifaqının bir sıra ölkələri45 il ərzində Amerikanın zəifliyindən istifadə edərək onusoyub-talayıblar. O, Çinin də oxşar siyasət yürütdüyünü diqqətəçatdırıb. Ağ Ev rəhbəri əmin edir ki, məhz buna görə dövlətin cariborcu 36 trilyon dolları ötüb.
“Əksər hallarda dostlar, dırnaqarası dostlar, düşməndən dahabetər olub. Bir Avropa İttifaqına nəzər salın, görün onlar buölkənin başına nə gətiriblər, onu necə soyublar”,- Tramp qeydedib.