Göygöl rayonunda maşın aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Göygölun Hacıməlik kəndi ərazisində şirkətlərdən birinə məxsus olan yük avtomobilinin sürücüsü A.İbrahimov anidən idarəetməni itirib və nəticədə avtomobili aşıb. Hadisə yerinə Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu