Bakı. Trend:
Son dövrlərdə Ermənistanla Fransa və ümumilikdə Avropa İttifaqıarasında yaxınlaşma diplomatik çərçivədə əlaqələr və anlaşmalarçərçivəsindən çıxaraq açıq-aşkar müstəmləkəçi xarakter alıb.
“Demokratik dəyərlər”, “Avropa inteqrasiyası” və “tərəfdaşlıq”haqqında pafoslu bəyanatların arxasında əslində Paris və Brüsselinmaraqlarına tabe edilmiş erməni dövlət aparatının sistemli vəgenişmiqyaslı itaəti dayanır.
İrəvanda, Gorusda, Sünikdə və beynəlxalq platformalarda başverənlər sadəcə inteqrasiya deyil, Ermənistan rəhbərliyinin tamrazılığı və iştirakı ilə həyata keçirilən Fransanın siyasiekspansiyasıdır.
Sünik, yəni Qərbi Zəngəzur bölgəsi həm Azərbaycan, həm İran,Rusiya və Türkiyə üçün strateji əhəmiyyətə malikdir.
Bu ərazi Naxçıvana açılan qapı, gələcək nəqliyyat marşrutlarınıntranzit dəhlizi və Cənubi Qafqazda maraqları olan bütün oyunçularıntoxunduğu əsas nöqtədir. Elə bu səbəbdən Fransa öz “diplomatikdesantını” məhz bu regiona göndərir. Yaxın günlərdə FransanınGorusda - Sünikin mərkəzində konsulluq ofisinin açılmasıplanlaşdırılır. Formal olaraq bu “fəxri konsulluq” adlanır vəklassik diplomatik nümayəndəliyin səlahiyyətlərinə malik deyil.
Əslində isə bu, Fransa təsirinin dayaq nöqtəsi, Azərbaycansərhədinə yaxın siyasi müşahidə məntəqəsidir.
Ermənistan hökumətinin izahına görə, guya Gorusun “Fransız diliilə əlaqəsi” bu şəhərin seçilməsinə əsas verib.
Bu, absurd və manipulyativ bəhanədən başqa bir şey deyil.Gorusun seçilməsi mədəni yaxınlıqla deyil, sırf geostratejiəhəmiyyətlə bağlıdır. Fransanın son iki ildə həm İslam dünyasına,həm də Azərbaycana qarşı apardığı açıq və aqressiv siyasəti nəzərəalmaq vacibdir.
Paris Ermənistanı açıq şəkildə müdafiə edir, Qarabağkontekstində Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür.2023-cü ilin iyununda prezident Emmanuel Makron Azərbaycanın“aqressiya törətməsi” barədə əsassız bəyanatla çıxış etdi, halbukibu arada Fransa Ermənistanı zirehli texnika, hava hücumundanmüdafiə sistemləri və digər hərbi vasitələrlə təchiz etməyə davamedirdi.
Fiziki mövcudluğunu artırmaqla yanaşı, Fransa və Aİ artıqErmənistan dövlət qurumlarının içərisinə öz müşavirləriniyerləşdiriblər.
Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovannisyanagörə, Avropa İttifaqı ilə "Genişləndirilmiş və HərtərəfliTərəfdaşlıq Sazişi" (CEPA) çərçivəsində Avropa İttifaqının yüksəkvəzifəli müşaviri Ermənistan hökumətinə rəsmi şəkildə təhkimolunub.
Fransanın beş müşaviri artıq ölkənin müxtəlif nazirliklərindəçalışır və Ermənistanın qanunvericiliyini Aİ standartlarınauyğunlaşdırmaqla məşğuldur. Bu artıq sadəcə “təsir” və ya “tövsiyə”deyil - bu, de-fakto xarici idarəetmədir.
Cənubi Qafqazda heç bir qonşu dövlət özünün daxili işlərinə buqədər birbaşa müdaxiləyə icazə verməyib. Ermənistan hakimiyyəti isəəksinə, daha da irəli getməyə hazır görünür. Hovannisyanınsözlərinə görə, 2025-ci ilin yayında Brüsseldə Aİ iləinteqrasiyanın dərinləşdirilməsinə dair yeni gündəlik imzalanacaqvə bu sənəd Aİ strukturunun Ermənistanın siyasi və inzibatisisteminə daha da nüfuz etməsinə şərait yaradacaq. Son iki ildəFransa Ermənistana 100 milyon avrodan çox yardım edib ki, bu vəsaithərbi-texniki dəstək, erməni zabitlərinin hazırlanması və hərbisursat təchizatı üçün yönləndirilib.
Təkcə 2024-cü ildə Parislə İrəvan arasında müdafiə sahəsində üçdövlətlərarası saziş imzalanıb. 2025-ci ildə Fransanın Vanadzor vəGümrü şəhərlərində daha iki konsulluq ofisinin açılmasıplanlaşdırılır. CEPA çərçivəsində Ermənistanda artıq 30-dan çox Aİlayihəsi fəaliyyət göstərir, bu layihələr məhkəmə islahatları,energetika, səhiyyə və idarəetmə sahələrini əhatə edir.
Bütün bu proseslər yeni kadrların hazırlanması ilə müşayiətolunur. Həmin kadrlar artıq Moskva və ya Tehranda deyil, Paris vəBrüsseldə təhsil alır. Bu sadəcə akademik mübadilə deyil - bu,Qərbə ideoloji sədaqətli və regionun tarixi reallıqlarındantamamilə uzaqlaşmış yeni elitanın formalaşdırılmasıdır. FransanınCənubi Qafqaz siyasəti çoxdan diplomatiya çərçivəsindən çıxıb.
Hazırda Paris nə vasitəçidir, nə də sülh tərəfdarı - o, artıqmünaqişənin bir tərəfidir və regionda gərginliyi qəsdən və sistemlişəkildə artırır. “İnsan hüquqları”, “demokratiya” və “sülh yolu ilənizamlanma” kimi pafoslu şüarların arxasında əslində bölgədə gücbalansını pozmağa, Ermənistanı Azərbaycan və Türkiyə iləqarşıdurmaya çəkməyə yönəlmiş amansız geosiyasi avantüra gizlənib.Bütün bu proseslər Fransanın maraqları və nəzarəti ilə həyatakeçirilir və Ermənistanın “Fransız koloniyası”na çevrilməsi ilənəticələnir. Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdəregionun sabitliyi üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Fransa prezidenti Emmanuel Makron çoxdan Ermənistan məsələsinidaxili siyasətinin alətinə çevirib və bu mövzudan həm ermənidiasporunun, həm də liberal elektoratın rəğbətini qazanmaq üçünməharətlə istifadə edir. Onun siyasi strategiyası özünü“diktaturalara qarşı döyüşçü” və “əzilən xalqların müdafiəçisi”kimi təqdim etmək üzərində qurulub. Lakin bu ritorika əslində şəxsivə siyasi maraqlar üçün soyuq başla hesablanmış, ikili standartlıvə cılız məqsədlərə xidmət edən manipulyativ vasitədir. FransanınCənubi Qafqazdakı siyasəti ədalət və ya münaqişənin həlliprinsipinə deyil, açıq və kobud proteksionizmə əsaslanır.
2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsindən sonraParis Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi,Ermənistanın tərəfini tutdu, Aİ daxilində Bakı ilə İrəvan arasındarealist dialoqa yönəlmiş qərarların qarşısını aldı və eyni zamandaErmənistana silah tədarükünü intensivləşdirdi.
2023–2024-cü illərdə Fransa Ermənistanla bir sıra hərbiəməkdaşlıq sazişləri imzalayıb, bu ölkəyə tank əleyhinə raketlər,zirehli texnika, müşahidə vasitələri və hava hücumundan müdafiəsistemləri göndərib.
Fransa Müdafiə Nazirliyinə yaxın mənbələrin təsdiq etdiyi kimi,Ermənistana peyk müşahidəsi də daxil olmaqla kəşfiyyat məlumatlarıötürülüb. Ermənistan Baş Qərargahı ilə Fransanın hərbi əlaqələriyaradılıb və daimi əlaqə qrupları formalaşdırılıb. Bu, hərbimüdaxilədir - üstüörtülü olsa da, açıq şəkildə aparılır. Avropanınheç bir dövləti bu səviyyədə tərəfkeşlik nümayiş etdirməyə cürətetməyib.
Fransanın bu siyasəti region üçün real təhdidə çevrilib. ParisBrüssel, Moskva və Vaşinqton platformalarının irəli sürdüyünizamlanma prinsiplərini kökündən sarsıdır. Əməli olaraq Fransakompromis imkanlarını istisna edir, birtərəfli şəkildə Ermənistanıdəstəkləyir, sülh təşəbbüslərini sabotaj edir və Zəngəzurdəhlizinin reallaşmasına mane olur. Halbuki həmin dəhliz ŞərqləQərbi, Bakı ilə Naxçıvanı birləşdirə və regiona sabitlik gətirəbilərdi.
Makron eyni zamanda Türkiyə ilə münasibətləri qəsdəngərginləşdirir, Ərdoğan hökumətini “Avropa üçün təhdid” adlandırırvə Ermənistan cəmiyyətində qorxu atmosferi yaradaraq Türkiyə vəAzərbaycanı “aqressor” kimi təqdim edir. Nəticə göz önündədir:Azərbaycan-Ermənistan dialoqu pozulur, Sünikdə və Ermənistanıncənub sərhədlərində gərginlik artır, sülh perspektivləri daha dauzaqlaşır. Normallaşma əvəzinə - militarizasiya, kompromis əvəzinə- eskalasiya müşahidə olunur.
Makron və Fransanın elitası öz müdaxiləsini “demokratik xalqayardım” adı altında təqdim etsələr də, bu gözəl ifadələrinarxasında klassik neokolonial yanaşma dayanır. “Suverenliyinmüdafiəsi” adı ilə silah və hərbi müşavirlərin göndərilməsi,məhkəmə sistemindən tutmuş media və təhsilə qədər bütün sahələrəbirbaşa müdaxilə, Aİ-nin ideologiyasının - “dəyərlər”,“inklüzivlik”, “şəffaflıq” kimi anlayışların - Ermənistanın sosialvə mədəni reallıqları ilə uyğun gəlməyən şəkildə zorla yeridilməsibu yanaşmanın əsas elementləridir. CEPA sazişi, Fransa qrantları vətexniki yardım proqramları - bütün bunlar Parisin təsiralətidir.
Bu mexanizmlər Ermənistanı hüquqi və siyasi suverenlikdənmərhələli şəkildə məhrum edir. Ermənistan artıq xarici siyasətinimüstəqil şəkildə müəyyən edə, ittifaqlara sərbəst qoşula vəmünaqişələri öz məntiqinə uyğun tənzimləyə bilmir.
Makronun strategiyası Ermənistanı tərəfdaş deyil, Türkiyə vəAzərbaycana qarşı geosiyasi murdar alət kimi görür. Bu, Fransanınneoimperialist siyasətinin Afrikadan Qafqaza daşınmasıdır. Mali,Niger və Burkina-Fasoda iflasa uğrayan Fransa indi Ermənistanı yenikoloniyaya çevirir. “İnsan haqlarının müdafiəsi” adı altında Parissiyasi və hərbi təsir infrastrukturunu - konsulluqları, hərbisazişləri və missiyaları - qurur, ənənəvi institutları dağıdaraqcəmiyyətə öz mədəni-ideoloji modelini sırımağa çalışır. Media vəsiyasi layihələrə maliyyə ayırmaqla yalnız Parisə bağlı olacaq yenierməni elitasını yetişdirir. Fransanın hədəfi Cənubi Qafqazüzərində nəzarəti ələ almaqdır. Bu region Paris üçün sonuncuümiddir - Fransa burda itirdiklərini bərpa etmək niyyətindədir.Amma bu məqsəd uğrunda Paris sülhü, sabitliyi və hətta insanhəyatını qurban verməyə tam hazırdır.
Fransa üçün bu siyasət bir neçə strateji məqsədə xidmət edir:Paris bu yolla NATO və Aİ daxilində öz əhəmiyyətini sübut etməyəçalışır; Makronun əsas geosiyasi rəqib kimi gördüyü Türkiyəyə qarşıtəzyiq aləti formalaşdırır; Azərbaycan və Rusiyaya qarşı təsirimkanları qazanır; eyni zamanda isə Ermənistandakı ermənilobbisinin getdikcə artan təsirindən daxili siyasi mübarizədəresurs kimi istifadə edir. Bütün bunlar fonunda Fransanın CənubiQafqazdakı fəaliyyəti klassik diplomatiyadan daha çox hərbi iştirakvə ideoloji təbliğat elementlərini özündə birləşdirən siyasimüdaxilə formasıdır.
Bu, regionda yeni qarşıdurma dalğasına yol aça biləcək təhlükəlipresedentdir və "Avropa dəyərləri" pərdəsi arxasında amansız siyasihesablamalar gizlənir. Makron Ermənistan vasitəsilə şəxsiambisiyalarını təmin etməyə və özünün itirilmiş imperiyaillüziyalarını diriltməyə çalışır. Lakin bu oyun təkcə ermənixalqının taleyi ilə deyil, bütün Cənubi Qafqazın kövrək siyasimemarlığı ilə oynamaq deməkdir. Bu oyunun qiyməti isə həm İrəvan,həm də Paris üçün çox baha başa gələ bilər.
"Kim pul verirsə, musiqini də o sifariş edir" prinsipiErmənistanda tam reallığa çevrilib. Ermənistan sürətlə iqtisadisuverenliyini itirir. Bu gün respublikada baş verənləri artıqsadəcə “Avropa inteqrasiyası” və ya “beynəlxalq tərəfdaşlıq” kimixarakterizə etmək mümkün deyil - burada söhbət müstəqil dövlətinsistemli şəkildə Qərb güc mərkəzlərinin, xüsusilə Fransa və Aİ-ninasılı vassalına çevrilməsindən gedir. Ermənistan iqtisadiyyatıregionun zəif halqası olaraq xarici idarəetmə alətinə çevrilib,maliyyə axınları isə siyasi diktatın vasitəsi funksiyasınıdaşıyır.
Ermənistan İqtisadiyyat Nazirliyi və Milli StatistikaKomitəsinin məlumatlarına görə, 2024-cü ildə ölkəyə daxil olanxarici investisiyaların 80 faizindən çoxu Avropa İttifaqına üzvdövlətlərin payına düşüb. Bu ölkələr arasında liderlik Fransayaməxsusdur - ümumi investisiya həcminin 35 faizindən çoxu məhzParisin payına düşür.
Bu, Ermənistan–Fransa iqtisadi münasibətləri tarixində ən yüksəkgöstəricidir və Aİ-yə üzv bir dövlətə bu dərəcədə asılılığın ilknümunəsidir.
Müqayisə üçün, 2020-ci ildə Aİ investisiyalarının payı 58 faiztəşkil edirdisə, onun da yalnız 15 faizi Fransaya aid idi. 2024-cüildə isə bu rəqəm Aİ üzrə 81,2 faiz, Fransa üzrə isə 35,7 faiz olub(ilin üçüncü rübünün sonuna olan məlumata əsasən). Eyni zamandaRusiya investisiyalarının payı kəskin şəkildə azalıb və 5 faizdənaşağı düşüb - bu isə Moskvanın Ermənistan iqtisadiyyatında ənənəvirolunu praktiki olaraq itirdiyini göstərir.
Formal olaraq söhbət “inkişafdan”, “infrastrukturlayihələrindən” və “texniki yardımdan” getsə də, əslində buradasöhbət enerji, nəqliyyat, maliyyə, dövlət idarəçiliyi və təhsil dədaxil olmaqla, strateji sahələr üzərində nəzarətin alınmasındangedir. 2024-cü ildə Fransa və Aİ onlarca əsas istiqamətimaliyyələşdirib: 20 milyon avro məhkəmə və prokurorluq sisteminin“islahatı”na ayrılıb - bu proqramlar çərçivəsində Avropaekspertləri hakimlərin seçilməsi, təyin edilməsi vəqiymətləndirilməsi prosesində birbaşa iştirak edirlər; 15 milyonavro vergi və gömrük xidmətlərinin Avropa metodologiyasına uyğuntam transformasiyasına yönəlib; 35 milyon avro “Yaşıl Ermənistan”proqramına ayrılıb, bu proqram çərçivəsində Brüssel iqlimtələblərinə uyğun, lakin Ermənistanın iqtisadi reallıqlarına uyğunolmayan ekoloji standartlar tətbiq edilir; 12 milyon avro isətəhsil sisteminin “yenilənməsi” - dərs proqramlarınındəyişdirilməsi, “gender” və “inklüzivlik” mövzularının Avropastandartlarına uyğun şəkildə daxil edilməsinə sərf olunub.
Beləliklə, maliyyə yardımları sadəcə yol tikintisi və ya biznesədəstək məqsədi daşımır - məqsəd dövlət idarəetmə sisteminin özünüdəyişməkdir.
Hüquqi aspekt də böyük əhəmiyyət daşıyır. 2017-ci ildəimzalanmış, lakin 2020-ci ildən sonra reallaşması sürətlənmiş Aİilə Genişlənmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi (CEPA)Ermənistanda tammiqyaslı xarici müdaxiləyə hüquqi zəmin yaratdı.CEPA Ermənistana öz qanunvericiliyini 350-dən artıq Avropa qayda vədirektivinə uyğunlaşdırmağı öhdəlik kimi təqdim edir. Bunlaraticarət, kapital bazarı, bank və maliyyə sektoru, səhiyyə vəfarmakologiya, korrupsiya ilə mübarizə, cinayət hüququ, miqrasiyavə əmək hüququ, media və ifadə azadlığı standartları daxildir.
Ən təhlükəli bənd isə “mədəniyyət siyasəti” və “ictimaidəyərlər”ə dair bölmədədir. Burada açıq şəkildə “genderbərabərliyi, azlıqların hüquqları, etnik və dini dözümlülüksahələrində yanaşmaların harmonizasiyası” tələb olunur. Bumüddəalar Brüssel, Paris, Praqa və Varşavada hazırlanmış kadrlarınErmənistana “ekspert” adı ilə qaytarılması ilə müşayiət olunur.
Beləliklə, Ermənistanın hazırda yaşadığı proses sadəcə Aİ-yəinteqrasiya deyil, Fransanın liderliyində Qərbin regionda yaratmaqistədiyi yeni neokolonial modelin tətbiqidir - bu modeldə İrəvanartıq öz qərarlarını müstəqil qəbul edən dövlət deyil, geosiyasiidarəetmənin vasitəsinə çevrilmiş zəif bir iştirakçırolundadır.
Faktiki xarici idarəetmə reallığı ilə üz-üzə qalan Ermənistandaartıq suverenlikdən danışmaq belə çətindir. Qanunları Avropamütəxəssisləri yazır, maliyyə axınlarını Qərb fondları idarə edir,nazirlər isə Paris və Brüsseldən ezam olunmuş məmurlardangöstərişlər alırlar. Bu, artıq “yardım” və ya “əməkdaşlıq” deyil -bu, Ermənistanın siyasi, iqtisadi və mədəni sistemini Avropakuratorlarının maraqlarına tabe edən kölgə xarici idarəetməninqurulmasıdır.
Ermənistan postsovet məkanında ilk ölkədir ki, bircə güllə beləatmadan iqtisadi idarəetmə ilə yanaşı, hüquqi və institusionalarxitekturasını da xarici qüvvələrin əlinə verib. Sadə dildə desək,İrəvan Avropanın kvazikoloniyasına çevrilib - burada prezident, başnazir və parlament sadəcə real prosesləri gizlədən bir vitrinrolunu oynayır. Fransa isə regionda mövcud olan anti-Rusiya vəanti-Avropa ovqatından istifadə edərək Ermənistanı öz geopolitikdayağına çevirir.
Sünik bölgəsi artıq hərbi-diplomatik müşahidə məntəqəsinə,İrəvan isə daxili və xarici siyasət hüququndan məhrum edilmişprotektoratın paytaxtına çevrilməkdədir. Aİ-dən asılı maliyyələşməErmənistanı elə bir girov vəziyyətinə salıb ki, ölkə artıq heç birtələbə “yox” demək gücündə deyil - bu tələblər cəmiyyət üçün, millikimlik üçün, iqtisadiyyat üçün nə qədər dağıdıcı olsa belə.
Nəticə aydındır: Ermənistanda baş verənlər son iki ildə“qrantlar, kreditlər və Avropa gələcəyi” vədləri qarşılığındaiqtisadi kapitulyasiyadır. Amma bu ölkəyə nə Aİ üzvlüyü, nətəhlükəsizlik, nə də rifah gətirəcək.
Onun yerinə Ermənistan subyektivliyini, mədəni bütövlüyünü,xarici siyasət azadlığını itirəcək və Parislə Brüsselin göstərişiilə qonşuları ilə geosiyasi qarşıdurmaya sürüklənəcək. Postsovetməkanında bu, avrointeqrasiyanın bayrağı altında həyata keçirilənilk bu qədər açıq neokolonializm nümunəsidir. Ermənistan birincidir- amma təəssüf ki, sonuncu olmaya da bilər.
Nəticə: dönüş nöqtəsinə çox az qalıb. Ermənistan bu gün tamsuverenliyini itirməyin astanasındadır. Söhbət təkcə diplomatikofislərdən və ya Avropa müşavirlərindən getmir - artıq ölkəningələcəyi ilə bağlı əsas qərarlar İrəvanda deyil, Parisdə vəBrüsseldə qəbul olunur.
Bu isə təkcə Ermənistanın suverenliyinə deyil, bütün CənubiQafqazın təhlükəsizlik arxitekturasına birbaşa təhdiddir. Əgər butendensiya davam edərsə, qarşıdakı 3–5 il ərzində biz “Ermənistan”adlanan postsovet Avropa protektoratının formalaşmasının şahidiolacağıq - tam şəkildə Qərbin maraqlarına tabe edilmiş, hərbitəhdidlər mühasirəsində qalmış, regional tərəfdaşlardan təcridolunmuş və böyük geosiyasi oyunda sadəcə alət kimi istifadə edilənbir qurum.
Bu gün Gorusda fransız bayraqlarını alqışlayanlar, sabah xəyanətetdiklərindən yardım diləyəcəklər.