AZ

“Onlar yüz minlərlə insanın qanı bahasına böyük pullar qazanıblar”

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi artıb. Bu isə təbii ki, sanksiyalarla bağlıdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, Qərb bütün bunları bilsə də, Ermənistanın reeskport siyasətinin qarşısını almaq üçün heç bir addım atmayıb:

“Təəssüflər ki, Qərb ölkələri Ermənistanın reeksport siyasətinə göz yumublar. Ermənistan praktiki olaraq reeksport etməklə öz xarici ticarət dövriyyəsini genişləndirib. Onlar yüz minlərlə insanın qanı bahasına, xalqlara fəlakət gətirən müharibə hesabına böyük pullar qazanıblar. Və bütün bu proses Qərbin gözləri önündə baş verib. Lakin Qərb Ermənistana mane olmaq üçün heç bir cəhd göstərməyiblər. Bu, yaxın keçmişimizin acı həqiqətlərindən biridir”.

Seymur ƏLİYEV

Seçilən
6
moderator.az

1Mənbələr