Bu gün Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatacaq.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Nicat Abbasovun fəxri kürsüyə yüksəlmək şansı hələ də var.
7,5 xalla yeddinci yerdə qərarlaşan təmsilçimiz 11-ci turda lider almaniyalı Mattias Bluebaumla görüşəcək.
Eyni zamanda, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və Read Səmədovun da Dünya kubokuna vəsiqə qazanmaq şansları hələ var. Onlar hərəyə 7 xal toplayıblar və Avropa çempionatını ilk 20-likdə başa vura bilərlər.
11-ci turda Azərbaycan şahmatçılarının qarşılaşacağı rəqiblər:
Mattias Bluebaum (Almaniya) - Nicat Abasov
Baadur Cobava (Gürcüstan) - Aydın Süleymanlı
Maksim Laqard (Fransa) – Əhməd Əhmədzadə
Read Səmədov - Vasili İvançuk (Ukrayna)
Qay Levin (İsrail) - Məhəmməd Muradlı
Misrətdin İskəndərov - Eyal Noy (İsrail)
Yan Sibel (Sloveniya) – Şahin Vəliyev
Ümid Aslanov - Yan Klimkovski (Polşa)
Mirça Parliqras (Rumıniya) - Xaqan Əhməd
Şiroğlan Talıbov - Andrey Bonte (Rumıniya)
Bendequs Bodrogi (Macarıstan) – Süleyman Süleymanlı
Vüqar Manafov - Maksım Dubneviç (Ukrayna)
Elmar Atakişiyev – Kristian Arseni (İsveçrə)
Turnir cədvəlinin üst sıralarındakı vəziyyət:
1. Matias Bluebaum (Almaniya), 2. Daniil Yuffa (İspaniya) – hərəyə 8 xal,
7. Nicat Abasov – 7,5...
İdman.biz