AZ

Gürcüstanda narkotiklə bağlı əməliyyatda Azərbaycan vətəndaşı həbs olunub

Bakı.Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Zuqdidi rayon hüquq mühafizəorqanlarının həyata keçirdikləri operativ tədbirlər və istintaqhərəkətləri nəticəsində narkotik vasitələrlə bağlı cinayətlərdəittiham olunan Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşları olandörd nəfəri saxlanılıb.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, xüsusilə böyük miqdarda narkotik vasitəninqanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1993-cü iltəvəllüdlü D.A., 1994-cü il təvəllüdlü A.E., 1986-cı il təvəllüdlüA.V. və 1996-cı il təvəllüdlü N.M. həbs ediliblər.

Bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməcəzası nəzərdə tutulur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərinüzərində və onların istifadə etdiyi avtomobillərdə axtarış zamanısübut kimi 54 bağlamada qablaşdırılmış külli miqdarda "kokain" və"metadon" maddələrini müsadirə ediblər.

Məqalədə:
Seçilən
46
2
az.trend.az

3Mənbələr