AZ

Rusiyanın "Birinci kanal"ının hərbi müxbiri Belqorod vilayətində HƏLAK OLDU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın "Birinci kanal"ının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı bloqer Vladimir Romanov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, jurnalist martın 26-da vəzifə borcunu yerinə yetirərkən həyatını itirib.
"Demidovka bölgəsi, Krasnoyarsk rayonu, Belqorod vilayəti...
"Birinci kanal"ın hərbi müxbiri Anna Prokofyeva vəzifə borcunu yerinə yetirərkən həlak oldu.
Cəsarətli, dürüst və layiqli insan. Peşəkar", - deyə o qeyd edib.
Bloqerin sözlərinə görə, Prokofyeva Krasnoyarsk vilayətinin Demidovka şəhərində işləyirdi. Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Anna Prokofyeva ölümündən öncə "Telegram" kanalında hərbi geyimdə son fotosunu yayımlayıb.
Seçilən
25
28
oxu.az

10Mənbələr