AZ

Xankəndi dünyanın turizm mərkəzinə çevrilir – FOTOLAR

Bayram tətilini fürsət bilən sakinlər, işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər Xankəndi şəhərinə də səfərlər edirlər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən

"Cebheinfo.az"-a verilən məlumta görə, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.

Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da  Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir.

Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar.

"Cebheinfo.az"

Seçilən
46
6
cebheinfo.az

8Mənbələr