Şabranın Mollakamallı kəndində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, sakinlərin birinə məxsus talvara yığılan 3 tona yaxın ot bağlaması yanıb.
Alovun söndürülməsinə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili və işçi qüvvəsi gəlib. Yanğının həyətdəki evə və digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu