Yaponiyanın qərbində baş verən meşə yanğını nəticəsində ən azı 600 hektar ərazi külə dönüb.
"Cebheinfo.az" ölkənin “NHK” telekanalına istinadən xəbər verir ki, Yaponiyanın qərbindəki meşə yanğınları Ehime əyalətində 306 hektardan çox, Okayama əyalətində isə 310 hektardan çox ərazini yandırıb.
Səlahiyyətlilər yanğınların Miyazaki əyalətinə də keçdiyini açıqlayıb. Yanğınlardan zərər çəkmiş ərazilərdə yaşayan minlərlə insan üçün təxliyə əmri verilib.
Komandalar səylərinə baxmayaraq, alovların nəzarət altına alına bilmədiyini və yaşayış məntəqələrinə yaxınlaşdığını açıqlayıb.