AZ

DÇ-2026: Argentina Braziliyanı darmadağınla yola saldı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 14-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması doğma meydanda əsas rəqiblərindən olan Braziliyaya böyük hesabla qalib gəlib.

Venesuela millisi isə evdə Perunu minimal hesabla üstələyib.

Dörd qolun vurulduğu Kolumbiya – Paraqvay matçında qalib müəyyənləşməyib. Boliviya – Uruqvay və Çili – Ekvador görüşləri də qolsuz yekunlaşıb.

Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci-altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
13-cü tur
21 mart

Boliviya – Uruqvay 0:0

Çili – Ekvador 0:0

Argentina – Braziliya 4:1
Qollar: X.Alvares, 4. E.Fernandes, 12. Makallister, 37. C.Simeone, 71 – Kunya, 26.

Kolumbiya – Paraqvay 2:2
Qollar: L.Dias, 1. C.Duran, 13 – J.Alonso, 45+4. Enkiso, 62.

Venesuela – Peru 1:0
Qol: Rondon, 41-pen.

Xallar: Argentina – 31. Ekvador – 23. Uruqvay – 21. Braziliya – 21. Paraqvay – 21. Kolumbiya – 20. Venesuela – 15. Boliviya – 14. Peru – 10. Çili – 10.

Seçilən
36
arena.az

1Mənbələr