Aprelin 10-dan 13-dək Qəbələ - Xankəndi ultramarafonu təşkil ediləcək.
İdman.biz xəbər verir ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürəcək marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km), Ağdam - Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Yarışa qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs martın 30-dək https://zafarrunclub.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, yerlər məhduddur və iştirakçıların seçimi zamanı öncədən qaçış təcrübəsi olanlara üstünlük veriləcək.
İdman.biz