“Azərbaycan tələblərində haqlıdır. İrəvanı bu reallığın Ermənistanın varlığına təhdid olduğuna inandıra bilməsi Azəbaycanın diplomatik qələbəsi hesab olunmalıdır".
Bunu hafta.az-a siyasi şərhçi Zəlimxan Məmmədli Paşinyanın referendum keçirəcəyi və Minsk Qrupunun buraxılması ilə bağlı müzakirələrə başlayacağı ilə bağlı açıqlamasını şərh edərkən bildirib:
"Ermənistan Paşinyanın verdiyi bəyanata dəstək verəcəyi təqdirdə özünü və regionu daha böyük güclərin ayaqaltısından çıxartmağa yardımçı olar. Ermənistana bir daha xatırladılmalıdır ki, bu bölgədə güclü dövlət olmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə dost olmağa çalışmalıdır”.
Z.Məmmədli qeyd edib ki, iki qonşu dövlətin dinc yanaşı yaşamasının təməl prinsiplərindən biri qarşılıqlı olaraq təhlükəsizliyin qarantlı olmasıdır.
“Ermənistan konstitusiyası strateji olaraq Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. 30 illik mövcudluğu şəraitində ATƏT-in Minsk qrupu problemin çözülməsində maraqlı olmamaları bir yana, Azərbaycana təzyiq vasitəsinə çevrildi. Onun tərkib elementi olan Rusiya, Fransa və Amerika Ermənistanın himayədarı kimi davrandılar.
Bu baxımdan hər iki məsələdə Azərbaycan mövcud durumu özünə təhdid hesab edir, eyni zamanda problemin köklü həllini əngəlləyən status-kvonun saxlanmasını strateji olaraq sülhün əldə olunmasına əngəl sayır”.