AZ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi üç iranlı şəxsə sanksiya tətbiq edib.

Belə ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi FTB ilə birlikdə “FTB xüsusi agenti Robert Levinsonun oğurlanması, həbsi və ehtimal olunan ölümündə” əli olduğunu iddia etdiyi ETTELAAT görəvliləri-Rza Əmiri Moqəddəm, Qulamhüseyn Məhəmmədniya və Təqi Daneşvərə qarşı sanksiyalar tətbiq edib.

İran Xarici İşlər Nazirliyi isə bu iddianı rədd edib və etibarlı sənədlərə əsasən, onun İran ərazisini naməlum istiqamətə tərk etdiyini və Vaşinqtonun əvvəllər bu faktı etiraf etdiyini vurğulayıb.

"AzPolitika.info"

Seçilən
88
azpolitika.info

1Mənbələr