AZ

Kremldən Qaqauziya liderin saxlanılmasına reaksiya

Kreml Qaqauziya lideri Yevgeniya Qutsulu saxlayan Moldova hakimiyyətinin hərəkətlərini pisləyir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Moldova hakimiyyəti populyar olan və Maya Sandu ilə rəqabət aparan hazırkı siyasətçilərə qarşı ən açıq təzyiq üsullarından istifadə edir. Göründüyü kimi, Kişinyov qanunlara, demokratiya, siyasi plüralizm prinsiplərinə məhəl qoymamaq və sadəcə olaraq bütün siyasi rəqiblərə açıq-aşkar təzyiq göstərmək taktikasını seçib”, - Peskov bildirib.

Qeyd edək ki, Qaqauziya lideri Yevgeniya Qutsul dünən Kişinyov aeroportunda saxlanılıb.

Seçilən
121
17
axar.az

10Mənbələr