AZ

Braziliya millisinin baş məşqçisi Argentinaya böyükhesablı məğlubiyyəti şərh etdi

Braziliya millisinin baş məşqçisi Dorival Junior komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentinaya böyük hesablı məğlubiyyətindən danışıb. 

Fanat.Az xəbər verir ki, o, ESPN-ə açıqlamasınsa oyun planının ilk dəqiqədən işləmədiyini etiraf edib:

"Start uğursuz alındı. Argentinalıların ilk dəqiqələrdən bizi üstələdiyini və onların qələbəyə tam layiq olduqlarını etiraf etmək lazımdır. 
Çox xoşagəlməz məğlubiyyət aldıq və çətin vəziyyətdəyik. Yenə də mən bu vəziyyətdən çıxış yolu tapa biləcəyimizə şübhə etmirəm". 
Xatırladaq ki, Braziliya yığması Argentinaya 1:4 hesabı ilə uduzub. "Sambaçılar"ın yeganə qolunu Mateus Kunya vurub.

Mirağa

Seçilən
42
fanat.az

1Mənbələr