Çin ABŞ üçün əsas hərbi və kiber təhdid olaraq qalır.
Publika.az xəbər verir ki, bu məqam ABŞ kəşfiyyat agentliklərinin yeni illik hesabatında qeyd olunub.
Kəşfiyyatın illik təhdid qiymətləndirməsində deyilir ki, Çin ABŞ-ı adi silahlarla vurmaq, kiberhücumlarla ABŞ infrastrukturunu pozmaq və kosmosdakı aktivlərini hədəfə almaq qabiliyyətinə malikdir və 2030-cu ilə qədər ABŞ-ı süni intellektdə aparıcı güc kimi sıxışdırmaq niyyətindədir.
Hesabatda deyilir: "Çinin, demək olar ki, 2030-cu ilə qədər süni intellekt sahəsində dünyanın ən nüfuzlu gücü kimi Birləşmiş Ştatların yerini almağa yönəlmiş çoxşaxəli milli strategiyası var".