AZ

Bu ölkədə qadınlar da əsgər gedəcək

Danimarka Müdafiə Nazirliyi qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini iki il önə çəkdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qadınların orduya cəlb olunması ilə bağlı açıqlamasında deyib: 

“Mövcud müdafiə və təhlükəsizlik siyasəti vəziyyətini nəzərə alaraq, silahlı qüvvələr daha çox insan cəlb etməlidir”.

Bu dəyişikliklə 2025-ci il iyulun 1-dən sonra 18 yaşı tamam olan qadınların gələn ildən etibarən məcburi hərbi xidmətə cəlb edilib-edilməyəcəyini müəyyən etmək üçün illik lotereya sisteminə daxil ediləcək. Artıq kişilər üçün keçərli olan bu təcrübə qadınlar üçün də məcburi olacaq.

Lakin məcburi hərbi xidmət üçün könüllülərin sayı kifayət qədər olarsa, illik püşkatma keçirilməyəcək.

Yeni hərbi nizamnamələr çərçivəsində xidmət müddəti də 4 aydan 11 aya qaldırılıb.

Qeyd edək ki, Danimarka fevral ayında Rusiyadan gələn təhdidlərə qarşı tədbir görmək üçün növbəti iki il ərzində (2026-2027) müdafiə xərclərinə əlavə 6,8 milyard avro ayıracağını açıqlamışdı.

Ötən il müdafiə büdcəsi 5,4 milyard avro artırılıb.

Seçilən
8
cebheinfo.az

1Mənbələr