AZ

“Azərbaycanlılardan o qədər üstün deyilik ki, bu uğura sevinməyək”

Belaruslu mütəxəssis Yuri Puntus yoldaşlıq oyununda Azərbaycana qalib gəldikləri matçı şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən görüşlə bağlı fikirlərini bölüşüb:

“İki yoldaşlıq oyununda 7 qol vuruldu. Hücum xəttinin çıxışına görə sevinə bilərik. Eyni səviyyəli rəqiblərlə oynadıq. Düzdür, Tacikistan millisi bir az zəif görünə bilər. Azərbaycan isə bizdən geri qalmır, lakin onları məğlub etdik. Bu komandaların 5 oyunluq seriyası olsa, kimin üstün gələcəyini bilmək olmaz. Demək istədiyim odur ki, azərbaycanlılardan o qədər üstün deyilik ki, bu uğura sevinməyək”.

Seçilən
64
futbolpress.az

1Mənbələr