Argentinalı model Corcina Rodrigez "Instagram" hekayəsində nişanlısı, "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə görüşdən foto paylaşıb.
Publika.az xəbər verir ki, cütlük Ronaldo yığmanın düşərgəsini tərk etdikdən sonra dəniz kənarında bir araya gəlib. Corcina fotonu “Mənim baxışım” başlığı ilə paylaşıb.
Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqasının 1/4 final mərhələsində Danimarkanı üstələyərək yarımfinala vəsiqə qazanıb.