Qurban Hacıyev "Bude/Qlimt”in Azərbaycandakı qatı azarkeşlərindəndi. O, sosial media hesabında azarkeşlik etdiyi komandanın oyunlarını şərh edərək paylaşır. Onunla əlaqə saxlayaraq Norveç klubuna azarkeşliyinin tarixçəsini öyrəndik:
“2022-ci ildən azərkeşlik edirəm. İki oyuna dəvət ediblər. “Rusenborq” və “Vikinq”ə qarşı oyunlara getmək fikrim var. Mayın 22-də getmək istəyirəm. Klub kiçik büdcə ilə həm gözəl nəticə, həm də baxımlı futbol nümayiş etdirir”.
ƏSƏD SEYİDOV