ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə atəşkəs sazişinin imzalanmasını qəsdən gecikdirdiyini bildirib.
Herbniand.az xəbər verir ki, bunu ABŞ prezidenti “Newsmax” media şirkətinə müsahibəsində deyib.
“Bilmirəm.Ancaq məncə, Rusiya bu müharibəni bitirmək istəyir, amma ola bilsin ki, onlar zaman üçün oynayırlar”.
Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya və Ukrayna hər həftə orta hesabla 2500 əsgər itirir. "Onlar amerikalı deyillər, bu baxımdan mənim üçün fərqi yoxdur. Mən cəbhədən fotoşəkillər görürəm. Qollar, ayaqlar və başlar hər yerə səpələnib. Sadəcə, bunun dayanmasını istəyirəm".