ABŞ-ın Alyaska ştatında daha bir kiçik təyyarə qəzası baş verib.
Publika.az xəbər verir ki, Soldotnadan Kenai yarımadasındakı Skilak gölünə gəzinti turu zamanı qəzaya uğrayan təyyarə Alyaska Milli Qvardiyası tərəfindən saatlar sonra tapılıb.
Axtarış zamanı təyyarədə olan pilot və onun iki qızı xilas edilib. Bildirilib ki, temperaturun mənfi 20 dərəcəyə çatmasına və hadisədən 12 saat keçməsinə baxmayaraq onlar yüngül xəsarətlərlə sağ qalıb.
Qeyd edək ki, Alyaskada yollar az olduğu üçün bir çox insan kiçik təyyarələrdən istifadə edir. Bölgədə oxşar qəzalara tez-tez rast gəlinir.