Argentina millisi Dç-2026-nın seçmə mərhələsində Braziliyanı məğlub edib – 4:1.
Futbolpress.az xəbər verir ki, görüş “tanqoçular” üçün rekordlarla yadda qalıb. Belə ki, Argentina yığması mundialların eyni seçmə mərhələsində Braziliyanı 2 dəfə məğlub edən ilk komanda olub. Tərəflər arasındakı birinci matçda 1:0 hesablı nəticə qeydə alınmışdı.
Eyni zamanda Argentina yığması mundialda Braziliyaya 4 qol vuran birinci Cənubi Amerika təmsilçisi olub.