AZ

Sabiq “Yunayted”li təqsirli bilindi: Həyat yoldaşını döyüb

“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton həyat yoldaşına təcavüz etməkdə təqsirli bilinib.

Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

İş materiallarına görə, 2021-ci ildə futbolçu mübahisə zamanı arvadının boğazından yapışıb, sonra onu yerə yıxıb və başına təpik zərbəsi endirib. Bütün bunlar Londonun cənub-qərbindəki evlərinin yaxınlığında baş verib. Bartonun həyat yoldaşı zədənin təsadüfi olduğunu iddia etdikdən sonra məhkəmə əvvəlcə təxirə salındı. Lakin prokurorluq apellyasiya şikayəti verib və məhkəmə onu təmin edib.

Seçilən
132
publika.az

1Mənbələr