AZ

“Hədəf mövsümü ilk “4-lük”də başa vurmaqdı” – yeni baş məşqçi

Qəzənfər Abbasovun klub rəhbərliyi ilə fikir ayrılığı üzündən MOİK-in baş məşqçi postundan istefa verdiyini xəbər vermişdik. Vakant post Orxan Səfiyaroğluna tapşırılıb. Keçmiş futbolçu son vaxtlar MOİK-də köməkçi məşqçi vəzifəsində çalışırdı.

MOİK-də hədəfiniz nədi? Qəzənfər bəy istefanı klubdaxili problemlər və şəraitsizlik ilə əsaslandırıb. Siz həmin problemi aradan qaldıra biləcəksizmi? Bu sualları Orxan bəyə ünvanladıq:

“Rəhbərliyin qarşımıza qoyduğu hədəf mövsümü ilk “4-lük”də başa vurmaqdı. Biz də bunun üçün çalışacağıq”.

ƏSƏD SEYİDOV
Seçilən
93
football-plus.az

1Mənbələr