Braziliya millisinin sabiq futbolçusu Ronaldo millinin problemlərini Braziliya Futbol Konfederasiyası (BFK) rəhbərliyinin işi ilə əlaqələndirib.
Fanat.Az xəbər verir ki, ESPN fenomen ləqəbli sabiq ulduzun dediklərini bhelə çatdırıb:
"Düşünürəm ki, təkcə mən yox, keçmişin bütün oyunçuları Braziliya futbolunun səviyyəsini yüksəltdilər. Görünür, media indiki nəsil oyunçulardan çox şey gözləyir.
Bizdə hələ də dünyanın ən yaxşı oyunçuları var - Vinisius, Rafinya... Lakin BFK rəhbərliyində hələ də sistemli problemlər var ki, bu da milli komandaya, o cümlədən əvvəllər hər kəsin etmədiyi səhvlərə yol verən Dorivala təsir edir. Atmosferi hazırki rəhbərlik pozur".
Braziliya DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsinin 14-cü turunda Argentinaya ağır məğlubiyyətlə üzləşib (1:4).
Komanda 21 xalla 4-cü yerdədir.
Mirağa