1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan hökuməti beynəlxalq danışıqlar formatının - Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə təşkil olunan ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki "Qarabağ hərəkatı"nı davam etdirmək fikrində deyilik", - o qeyd edib.