"Cey Lo artıq yenidən "solo" statusunun dadını çıxarır və övladları kübar tədbirlərdə onun "plus one"ı olmaq üçün kifayət qədər böyüyüb..."
Məşhur müğənni Cennifer Lopez son çıxışı ilə yenidən diqqət mərkəzinə düşüb. O, Brodveydə "Otello" müziklinin premyerasında qırmızı xalça üzərindən keçib və tədbirdə onu 17 yaşlı qızı Emme müşayiət edib. Emme xarici görünüşü ilə gənc oğlanı xatırladıb.
Moderator.az xəbər verir ki, bu barədə "Walla" nəşri yazıb.
Emme üç il öncə qeyri-binar ("non-binary person"- kişi və qadın cinslərə bölünməsini rədd edən şəxs-red.) olduğunu açıqlayıb və o vaxtdan bəri özünə cəm şəklində müraciət edilməsini gözləyir.
Nəşr onun tərzindəki dəyişikliklərə diqqət çəkərək yazıb ki, Cennifer Lopez və Mark Entoninin (amerikalı müğənni, Lopezin ikinci əri-red.) ortaq övladı həyatının ən parlaq dövrünü yaşayır.
Bir yeniyetməyə xas olduğu kimi, o da paparassilərin obyektivləri qarşısında qeyri-adi rəngə boyanmış saçlar və dəbli yeniliklərdən tutmuş, dünən nümayiş etdirdiyi yüksək səviyyəli hipster görünüşünə qədər dəyişir.
Moda mütəxəssisləri qeyd edib ki, Emme Maribel Munis tünd boz əsas üzərində ağ zolaqlı zərif bir kostyum seçib. Onun obrazını qara-ağ naxışlı qalstuk və yalnız bir mirvaridən ibarət "Vivienne Westwood"-dan gümüş boyunbağısı tamamlayıb. Əlbəttə ki, onun cəsarətli pirsinqləri, o cümlədən qulaq seyvanlarındakı genişləndirilmiş deşiklər də diqqətdən qaçmayıb.
Cennifer Lopez "Instagram" səhifəsində tədbir zamanı çəkilmiş şəkillərini belə şərh edib: "Premyeraya ən yaxşı partnyorla getmək- bundan yaxşısı ola bilməz".
2022-ci ildə Ben Afflek ilə yenidən birləşdiyini elan edən Lopez artıq yenidən "solo" statusunun dadını çıxarır və övladlarə övladları kübar tədbirlərdə onun "plus one"ı olmaq üçün kifayət qədər böyüyüb.
Tədbir üçün Cennifer Lopez "Zuhair Murad"-dan libas seçib. O, daş-qaşlarla bəzədilmiş qara kostyumda olub. Görünüşünü "Briony Raymond"-dan qızıl sırğaları və "Tyler Ellis" markalı klatç tamamlayıb.
Bir ay öncə, əkizləri Maksimillian Devid (Maks) və Emme Maribelin 17 yaşı tamam olan gün, Cennifer Lopez onların uşaqlıqdan bəri necə dəyişdiyini əks etdirən foto və videolar paylaşıb. Bu videoda Emmenin illər ərzində görünüşünün necə dəyişdiyi aydın görünür.