AZ

Özgür Özəl Türkiyədə protest elektoratının liderinə çevrildi - ŞƏRH

Türkiyədə baş verən proseslərə münasibət bildirmədim. Bunu doğru saymadım ona görə ki, qardaş ölkəmizin daxili məsələlərinə kənardan rəy bildirmək, tərəf tutmaq, hadisələrə Azərbaycanın milli maraqlarından deyil, Türkiyə hakimiyyətinin və müxalifətinin arqumentlərindən yanaşmaq yersiz olardı. Ancaq bir müşahidəmi sizlərlə bölüşmək istəyirəm.

Gözlərimizin önündə Türkiyədə yeni bir lider parladı- Özgür Özəl!

Son hadisələrə qədər Özgür Özəl Kamal Qılıncdaroğlunu CXP sədrliyindən uzaqlaşmasını və CXP-nin illərin inersiyası ilə bələdiyyə seçkilərində qələbəsini təmin etmiş və bunun üçün uzlaşma nəticəsində partiyanın sədri olmuş bir fiqur idi. Hacı Çələbi xanın Pənahəli xan haqqında dediyi məşhur sözü xatırlayın: "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq".

Bəli, "Saraçhane prosesi" bu vaxtadək sikkəsiz gümüş olan Özgür Özələ liderlik əyarı verdi.

O, kütləni mükəmməl bir şəkildə təşkilatlandırdı, idarə etdi, amma ən başlıcası rasional hesabları kütlənin emosiyasına qurban vermədi.Əsl siyasətçi hara gedəcəyini bilməli olduğu kimi, harada dayanacağını və prosesin müstəvisini necə dəyişəcəyini də bilməlidir. Bu baxımdan Özgür Özel artıq sadəcə CXP-nin lideri deyil, eyni zamanda, Türkiyədə protest elektoratının nəhəng simalarından biridir. Bu artıq o qədər böyük siyasi resursdur ki, heç bir əks kampaniya ilə onu yaxın on illiklərdə sıradan çıxarmaq mümkün deyil.

Seçilən
64
aznews.az

1Mənbələr