Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı üzə çıxıb.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Orxan Hacıyev qan davasının qurbanı olub. Orxan Hacıyevi kriminal aləmdə “Ruslan Şamaxılı” kimi tanınan Ruslan Surxayevin qardaşı Amil Surxayev odlu silahdan açdığı atəşlə qətlə yetirib.