AZ

DİQQƏT HƏRRAC VAR! -2014-cü ilin «BMW»ləri 5500 MANATDAN SATIŞDA – SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müxtəlif dövlət qurumlarına məxsus avtomobillərin hərracda satışını davam etdirir. Avtosfer.az biznes və maliyyə xəbərləri agentliyi bildirir ki, növbəti hərraca 2014-cü il buraxılışı olan 5-ci seriya «BMW» avtomobilləri çıxarılıb. Hərracda 12 avtomobil bir lotda satışa çıxarılacaq. Bütün avtomobillərin ümumi qiyməti 67 500 manatdır. Bu hərracda iştirak etmək üçün namizədlər 10% məbləğində yəni 6750 manat beh ödəməlidirlər. Hərrac 24 aprel 2025-ci il tarixində keçiriləcək. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Ətraflı linkdə: 

https://emlak.gov.az/az/news/view/9299-24-aprel-2025-ci-il-tarixind%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1

Seçilən
88
avtosfer.az

1Mənbələr