AZ

İmamoğlunun vəzifəsini o icra edəcək

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisi sədr Ekrem İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbs olunmasından sonra onun yerinə bələdiyyə sədrinin vəzifəsini icra edəcək şəxsi seçib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat verib.
 
Saraçhanedəki bələdiyyə binasında keçirilən məclisin iclasına İstanbul Böyükşəhər Bələdiyyə Məclisi sədrinin 2-ci müavini Gökhan Gümüşdağ sədrlik edib.
 
Yekunda Cümhuriyyət Xalq Partiyası (CHP) qrupu tərəfindən namizədliyi irəli sürülən məclis üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrini icra edən seçilib.
Seçilən
9
moderator.az

1Mənbələr