Bakı. Trend:
“Barselona” klubu, Ansu Fati ilə müqavilənin detallarını yenidənmüzakirə etmək istəyir.
Trend xəbər verirki, hazırda gənc hücumçunun 2027-ci ilin yayına qədər “Barselona”ilə müqaviləsi mövcuddur.
Fati, növbəti iki mövsümdə 26 milyon avro qazanacaq. Klubrəhbərliyi, onunla 2030-cu ilədək müqavilə bağlamağı və illik 5,2milyon avro maaş təklif etməyi planlaşdırır. Hazırda gəncfutbolçunun “Barselona”da qalması ilə bağlı müxtəlif variantlarnəzərdən keçirilir.
Hal-hazırda Fati, heyətdə Robert Levandovski və Frenki deYonqdan sonra ən çox maaş alan 3-cü futbolçudur.
Qeyd edək ki, qışda "Barsa"nın baş məşqçisi Hans-Diter Flik Fatiilə görüşərək, daha çox oynaması üçün başqa kluba keçməyi təklifedib. Lakin Fati komandada qalmaq istədiyini bildirib.