AZ

Millimiz startda ağır məğlubiyyətlə üzləşdi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə qarşılaşıb. Xorvatiyadakı keçirilən qrup mərhələsinin ilk turu millinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandamız 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər oyununda Xorvatiya və Türkiyə üz-üzə gələcək.

AÇ-2025
Əsas mərhələ, VII qrup
26 mart 

Bosniya və Herseqovina – Azərbaycan 10:2
Qollar:
Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 - Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09

Bosniya və Herseqovina: 1. Mijo Brziça (q), 3. Emir Mustafiç, 5. Bekir Arnaut, 7. Ernad Nujanoviç, 10. Ognjen Markoviç (k), 12. Ahmed Brkanoviç, 2. İvan Zelenika, 4. Kenan Azabagiç, 6. Ammar Hodziç, 8. Daniel Prskalo, 9. Kenan Hrşitiç, 11. Bakir Merdiç.
Baş məşqçi: Mirko Kampara.

Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məşiyev, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə (k), 10. Nazim Hüseynov, 1. Hüseyn Abdulov (q), 2. Elgün Sadıqlı, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev.
Baş məşqçi: İlqar Aslanov.

Seçilən
18
fanat.az

1Mənbələr